patriotnews.az
http://patriotnews.az

Qidalarda geniş istifadə olunan boya şəkərli diabetə səbəb olur

Bu gün, 11:00 Baxılıb: 1

Qidalarda geniş istifadə olunan boya şəkərli diabetə səbəb olur

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayesində məhsullara ağ rəng vermək üçün geniş istifadə olunan titan dioksid (E171) ciddi metabolik pozğunluqlara səbəb ola bilər.

Tədqiqatın nəticələri “Food and Chemical Toxicology” (FCT) elmi jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu əlavənin nanohissəcikləri qanda şəkərin səviyyəsini tənzimləyən bağırsaq hormonlarının işini pozur.

“E171”in məşhur qida məhsullarında - konfet və peçenyelərdən tutmuş saqqızlara qədər olması xüsusi narahatlıq doğurur. Araşdırmanın müəllifləri bildiriblər ki, titan dioksid nanohissəcikləri 2-ci tip diabet, piylənmə və insulin müqavimətinin inkişafına kömək edə bilər.

Testlər “E171” verilmiş siçanların qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını və vacib həzm hormonlarının istehsalını pozduğunu müəyyən edib.

Mütəxəssislər istehlakçılara məhsulların tərkibini diqqətlə oxumağı və titan dioksidi (TiO2 və ya E171) siyahısında olanlardan, xüsusən də uşaq qidalarında və tez-tez istehlak edilən məhsullardan çəkinməyi tövsiyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30