Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyində toplantı keçirilib.
Yanvarın 16-da "Qarabağ qaziləri" ictimai bilriyinin İdarə Heyəti, birliyin Bakı, Sumqayıt, Abşeronda məskunlaşmış rayon filialları sədrlərinin iclası keçirilib.
Bu barədə Patriot News. az-a birliyin sədri Asəf Əliyev məlumat verib.
"İclasın gündəliyində 2024-cü ildə aparılan işlər, qazilərin ümumi vəziyyəti, problemləri və onların həlli istiqamətində görülən işlərlə bağlı müzakirələr aparılıb. Həmçinin 2025-ci ildə birliyin qarşısında duran vəzifələr, görəcək işlər və fəaliyyət proqramı da müzakirə olunubdur.
Müzakirələr zamanı "Qarabağ qaziləri" ictimai bilriyinin indiyə qədər qaldırdığı problemlərin həll geniş təhlil edilibdir. Asif Əliyev qeyd edib ki , bir çox problemlər Ümumrespublika səviyyəli məsələlər olduğuna görə, onların həllinə nail ola bilməmişik. Bu və ya digər məsələlərlə bağlı Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət olunması haqqında qərar qəbul edildi. Bununla bağlı birliyin rəhbərliyi yaxın zamanlarda aparılan müzakirələrin nəticəsi olaraq , həlli vacib olan məsələlər ilə baglı dövlət başçısına məktubla müraciət edəcəkdir", - Asəf Əliyev deyib.