"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq
73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.
Yarışın növbəti günü Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl medal qazanaraq yığmanın aktivinə ilk mükafatı yazdırıb.
"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.