“Saat qurmuram, özüm oyanıram” - Putin
Rusiya Prezidenti Vladimir Putin zəngli saat qurmadığını və özbaşına oyandığını bildirib.
Rusiya lideri bu haqda jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Bəzən uşaqlar həqiqətən təcili bir şey olduqda zəng edirlər - adyutantlardan zəng etmələrini xahiş edirəm. Amma bir qayda olaraq özüm oyanıram”, - Putin vurğulayıb.
Qeyd edək ki, keçən il Putin məktəblilərlə görüşü zamanı cəmi dörd saat yatdığını etiraf edib. O, qısa yuxunun təhlükələrindən danışaraq, onları onun “pis nümunəsinə” uymamağa və gündə 8 saat istirahət etməyə çağırıb.