Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Biz Harvardı vergi statusundan məhrum etməyə hazırlaşırıq. Onlar buna layiqdirlər!" - o qeyd edib.
Daha əvvəl Harvard Universitetinin ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar apardığı bildirilmişdi.