patriotnews.az
http://patriotnews.az

Kobaxidze: 36 il keçsə də, xarici güc Rustaveli prospektində yenə zorakılıq tətbiq edir

9-04-2025, 11:40 Baxılıb: 0

Kobaxidze: 36 il keçsə də, xarici güc Rustaveli prospektində yenə zorakılıq tətbiq edir

9 Aprel – bu, Gürcüstan xalqına qarşı xarici gücün zorakılıq tətbiq etdiyi gündür.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze 1989-cu il 9 aprel faciəsinin 36-cı ildönümü ilə bağlı yayımladığı bəyanatda bildirib.

Baş nazirin sözlərinə görə, 9 aprel eyni zamanda Gürcüstan cəmiyyətini birləşdirən günə çevrilib:

“Bu gün gürcülər arasında sevgi nifrətə qalib gəldi. Həm də bu tarix azadlıq ideyasının köləlik üzərində qələbəsinin rəmzidir. Elə bu səbəbdən biz bu gün daha çox birliyə, zorakılıqdan uzaq durmağa, nifrəti məğlub etməyə və azadlıq ideyasını qorumağa borcluyuq”.

İ.Kobaxidze vurğulayıb ki, faciədən 36 il keçsə də, Rustaveli prospektində yenə də xarici güc zorakılıq cəhdləri edir:

“Bu gün də həmin prospektdə xarici qüvvələr nifrəti qızışdırır, cəmiyyətdə parçalanma yaratmağa və azadlıq ideyasına qarşı çıxmağa çalışır. Lakin 9 aprel təcrübəsi göstərdi ki, xarici gücün mahiyyəti qısadır – nifrət və köləlik deyil, sevgi və azadlıq qalib gələcək”.

Baş nazir əlavə edib ki, bu gün Rustavelidə zorakılığı qızışdıra bilməyən xarici güc öz əli ilə zorakılığa əl atıb.

“Biz nifrətə əlavə enerji verməyəcəyik və ölkəmizi hər cür təxribatdan, hətta ən kiçiyindən belə, qoruyacağıq. Düşünürəm ki, bunu bizdən 9 aprel qəhrəmanlarının ruhları gözləyir. Onlar sevgi və azadlıq uğrunda həyatlarını fəda etdilər. Bu gün onların xatirəsini dərin ehtiramla anırıq. Gürcüstanda nifrətə və köləliyə qarşı sevgi və azadlıq qalib gələcək”, - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930