patriotnews.az
http://patriotnews.az

Gəncədə dahi bəstəkar Qəmbər Hüseynlinin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib

16-04-2025, 19:31 Baxılıb: 27

 

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə  təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dahi bəstəkar Qəmbər Hüseynlinin 109-cu ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

Patriot News.az xəbər verir ki, tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, bəstəkarın ailə üzvləri və ziyalılar iştirak ediblər.

Əvvəlcə bəstəkarın məzarüstü abidəsini ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən qonaqlar dahi bəstəkarın həyat və yaradıcılığından bəhs ediblər. Rəsmi hissədən sonra Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin gənc müəllimlərindən ibarət “Zirvə” ansamblı və xor kollektivinin təqdimatında Qəmbər Hüseynlinin ölməz əsərləri ifa olunub. Gəncə şəhər 13 saylı uşaq bağçasının “Cücələrim” rəqs qrupunun çıxışı isə tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.

Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də dünyasını dəyişib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930