patriotnews.az
http://patriotnews.az

Gəncədə leysan yağışın törətdiyi fəsadlar aradan qaldırılır.

16-04-2025, 18:25 Baxılıb: 50

 

Patriot News.az xəbər verir ki, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Məhsəti qəsəbəsində olaraq verilən tapşırıqların icrası ilə maraqlanıb

Xəbər verdiyimiz kimi, Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı Gəncəyə yağan yağışlar bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub.

Fəsadların aradan qaldırılması məqsədi ilə Gəncə şəhər Sukanal İdarəsinin, Gəncə şəhər MKTİB-nin, o cümlədən FHN-nin Gəncə Regional Mərkəzinin əməkdaşları və texnikaları dərhal əraziyə cəlb olunublar. Ötən gün axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əraziyə gələrək burada aparılan işlərə yerində baxış keçirib və müvafiq tapşırıqlar verib. 

Yağışlı hava şəraitinin bugün də davam etdiyini nəzərə alaraq, Niyazi Bayramov təkrar Məhsəti qəsəbəsinə gələrək, mövcud vəziyyət və işlərin gedişatı ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, ötən gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən fərdi evlərdə yığılan suların çəkilməsi istiqamətində operativ tədbirlər görülür.

Qeyd edək ki, sözügedən ərazidə tikinti norma və qaydalarını pozaraq  inşa edilən yaşayış evləri subasma riskinə məruz qalıb. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930