Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilir.
Patriot News.az məlumat verir ki , Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən elm yarışıdır.
Qeyd edək ki, Respublika fənn olimpiadalarında iştirak etmək üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumillikdə 6104 nəfər şagird qeydiyyatdan keçib.