patriotnews.az
http://patriotnews.az

UNEC növbəti ilklərə imza atıb

Bu gün, 18:30 Baxılıb: 0

UNEC növbəti ilklərə imza atıb

95 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkədə və universitetlər arasında növbəti ilklərə imza atıb.

Ölkədə ilk dəfə olaraq, UNEC-də tədqiqatçılar üçün Web of Science Research Assistant süni intellekt alətindən istifadə etmək imkanı yaradılıb. Bu süni intellekt aləti tədqiqatçıların sorğularını analiz edərək, onlara uyğun ədəbiyyat və resursları təqdim edir. Eyni zamanda mövzunun tədqiqat dinamikasının illər üzrə vizual siyahısını hazırlayaraq, ən yaxşı 10 müəllif profilini də müəyyənləşdirir.

Növbəti yenilik isə UNEC-in ölkədə ilk dəfə olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına çıxış imkanı əldə etməsidir.

Bu platforma vasitəsilə UNEC tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan 3,6 milyon dissertasiyaya çıxış imkanı əldə edərək, yüksək keyfiyyətli akademik resurslarla tanış ola biləcəklər. Platforma həmçinin, tədqiqatçıların öz sahələri üzrə ən son tendensiyaları izləməsini və ən yüksək istinad almış dissertasiyalara çıxışını təmin əldə edəcək.

UNEC-in ölkə universitetləri arasında həyata keçirdiyi yenilik InCites Benchmarking & Analytics platformasından istifadə etmək imkanıdır. Platforma istifadəçilər üçün UNEC haqqında elmmetrik məlumatların təhlil olunmasında, universitetin inkişaf planının, həmçinin tədqiqat strategiyasının hazırlanmasında əvəzsiz alət rolunu oynayacaq. Eləcə də akademik performansı digər universitetlərlə müqayisə etmək, aparılan tədqiqatların təmsil etdikləri qurumun və ölkə elminin inkişafına verdiyi töhfəni ölçməyə imkan yaradacaq. Aparılan təhlillər nəticəsində universitetin ən yaxşı olduğu sahələri və inkişaf etdirilməsi zəruri olan istiqamətləri də müəyyənləşdirmək mümkün olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930