patriotnews.az
http://patriotnews.az

Gəncədə 7 Aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə səyyar tibbi aksiya keçirilib

Dünən, 19:22 Baxılıb: 105

 

Patriot News.az xəbər verir ki, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə baş tutub. 

Hacıkənd qəsəbəsində keçirilən aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (terapevt, pediatr, kardioloq, lor) həkimləri tərəfindən sakinlər müayinə edilib, onlara tibbi xidmət göstərilib.

Sakinləri göstərilən xidmət səviyyəsindən razı qaldıqlarını bildirib və təşəkkürlərini ifadə ediblər. 

Qeyd edək ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. @ Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930