Kəpəzin yeni rəhbərliyi baş məşqçi Azər Bağırovun nəticələrini yüksək qiymətləndirib.
Son zamanlar mediada Kəpəzin yeni rəhbərliyinin baş məşqçi Azər Bağırovun yerinə əcnəbi məşqçi gətirəcəkləri barədə məlumatlar yayılıb.
Patriot News.az saytına klubun rəhbərliyindən verilən məlumata əsasən, mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.
Klub rəhbərliyi qeyd edib ki, Azər Bagırovun bu gün əldə etdiyi nəticələr, digər dövrlərdəki baş məşqçilərin nəticəsindən daha da yaxşıdır .
Kəpəz oyundan oyuna əzmkarlıq nümayiş etdirir və nəticələrdə göz qabağındadır.
Ona görədə hesab edirik ki, belə bir vaxtda əsası olmayan məlumatların yayılması həm baş məşqçinin, həmdə oyunçuların psixologiyasına mənfi təsir göstərir .
O ki, qaldı yeni mövsümə kimlərin qalıb, kimlərin getməsi məsələsinə, zaman çatanda hər bir klubda olduğu kimi Kəpəz klubunda da həm oyunçu, həmdə administrativ dəyişiliklər həyata keciriləcəkdir, və bu da normal bir haldır.
@ Patriot News.az