patriotnews.az
http://patriotnews.az

Gəncədə qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanıb

28-12-2024, 13:00 Baxılıb: 6

 

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə müvafiq icazəverici sənədləri olmadan tikinti aparan şəxslərə qarşı monitorinqlər davam edir. Şəhərin bir sıra ərazilərində dövlətə məxsus torpaq sahəsində qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanaraq, müvafiq tədbir görülüb və dövlət torpağının zəbtinin qarşısı alınıb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.   

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031