patriotnews.az
http://patriotnews.az

Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd olunub

7-01-2025, 13:13 Baxılıb: 108

 

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , bugün Pravoslav xristianları İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. Bununla əlaqədar olaraq, Gəncə şəhərində yerləşən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra kilsənin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.
Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930