patriotnews.az
http://patriotnews.az

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Bu gün, 11:19 Baxılıb: 0

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.

Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar edəcək.

Sənəddə qurumun “2021-2025-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq ötən il planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri (indikatorları) qeyd olunmaqla əks etdirilib. İllik İş Planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı icmallaşdırılmış və statistik məlumatlar hesabata daxil edilib, dövlət vəsaiti və digər dövlət əmlakından istifadə zamanı yol verilmiş xarakterik nöqsan və maliyyə pozuntuları, əldə edilmiş nəticələr, müvafiq sahə üçün aktual hesab edilən risklər və diqqətə alınmalı məqamlar barədə məlumatlar verilib.

Xatırladaq ki, ötən il Hesablama Palatası Əməliyyat Planını 90 % icra edib, dövlət qurumlarına 50 məlumat təqdim edib, 575 milyon manatlıq maliyyə pozuntusu, 2 milyard manatlıq maliyyə təhrifləri və uyğunluq pozuntuları aşkar edib, 42 auditi başa çatdırıb, ilk dəfə dövlət borcu ilə bağlı audit keçirib, İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib 399 min manatlıq satınalma müqaviləsi bağlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930