patriotnews.az
http://patriotnews.az

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

7-01-2025, 21:42 Baxılıb: 33

 

PatriotNews.az-ın bölgə müxbiri xəbər verir ki ,görüşdə təcrübə proqramının iştirakçıları proqram müddətində əldə etdikləri təcrübələrdən bəhs edib, yaradılan şəraitə görə idarə müdirinə öz təşəkkürlərini bildiriblər. 

İdarə müdiri Elçin Kərimov təcrübə proqramının vacibliyindən bəhs edərək,  bu kimi proqramların gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını bildirib.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930