patriotnews.az
http://patriotnews.az

Belarusda Milli Qəhrəman Anatoliy Davidoviçin xatirəsi anılıb

28-03-2025, 18:09 Baxılıb: 41

 

Patriot News . az xəbər verir ki, martın 28-də Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin və Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının nümayəndələri, həmçinin Belarusun Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin nümayəndələri birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda əvəzsiz qəhrəmanlıqlar göstərərək döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli mayor Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının 60-cı ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə hərbi orkestr tərəfindən hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbir iştirakçıları, həmçinin Milli Qəhrəmanın anası Kima Davidoviçin evini ziyarət edib, onun səhhəti və qayğıları ilə yaxından maraqlanıblar. Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç 1992-ci ilin iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
1USD  1.7000
1EUR  1.8499
1GBP  2.1989
100RUB  1.9883
1TRY  0.0464