Anar Quliyev: "Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu qlobal dialoq üçün platformalardan biri olacaq"
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gün Nayrobidə keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assamblesyasının sessiyası çərçivəsində təşkil olunan “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025-ci il və sonrakı illər üçün yeni mərhələlər və imkanlar” mövzusunda tədbirdə iştirak edib. Tədbir COP29-un nəticələri üzərində düşünmək və COP30-a gedən yolun müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Qeyd olunub ki, Bakının COP29-a ev sahibliyi etməsi şəhərlərin qlobal iqlim gündəmindəki rolunun gücləndirilməsi baxımından vacib addım olub", - A. Quliyev qeyd edib.
O əlavə edib ki, Bakı Davamlılıq Koalisiyasının fəaliyyəti göstərir ki, yerli təşəbbüslər iqlim dəyişikliyi, mənzil çatışmazlığı və sosial bərabərsizlik kimi qlobal çağırışlara cavab verməkdə böyük potensiala malikdir.