patriotnews.az
http://patriotnews.az

Elm və Təhsil Nazirinin Müavini Firudin Qurbanov Göygöl Rayonunda Səfərdə Olub

Dünən, 11:35 Baxılıb: 33

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Göygöl rayonuna səfəri çərçivəsində bir sıra görüşlər keçirib, təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub və vətəndaş qəbulu təşkil edib.

Patriot News.az xəbər verir ki, səfərin ilk məqamında Firudin Qurbanov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Ardınca Göygöl rayon Üçtəpə kənd tam orta məktəbində pedaqoji kollektiv və şagirdlərlə görüş keçirən nazir müavini məktəbin şəraiti ilə tanış olub, dərs prosesini izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.

Firudin Qurbanov daha sonra Göygöl şəhər 4 nömrəli körpələr evi – uşaq bağçasında müəssisənin fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olub. Səfər çərçivəsində regionda fəaliyyət göstərən gənc müəllimlərlə görüşən nazir müavini təhsilin keyfiyyəti, müəllimlərin fəaliyyəti və inkişafı ilə bağlı müzakirələr aparıb, onların təklif və fikirlərini dinləyib.

Səfər çərçivəsində nazir müavini vətəndaş qəbulu da keçirib. Vətəndaşlar əsasən işlə təminat və digər sosial məsələlərlə bağlı müraciət ediblər. Firudin Qurbanov vətəndaşların müraciətlərinin operativ araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Səfər Göygöl rayonunda təhsilin inkişafı, mövcud vəziyyətin öyrənilməsi və vətəndaşların problemlərinin dinlənilməsi baxımından önəmli əhəmiyyət kəsb edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031