"Neftçi" yeddi futbolçu ilə yollarını ayırdığını açıqlayıb
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb.
Bu oyunçuların sözləşmələri yenilənməyib.
İcarə müddəti bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.