PSJ Çempionlar Liqasında rekord sayda gəlir əldə edib
Paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qalibi olduğuna görə 10,5 milyon, finalda qələbə qazandığı üçün 6,5 milyon, UEFA Superkubokuna vəsiqə əldə etdiyi üçün isə büdcəsinə 4 milyon avro yazdırıb.
Paris klubunun mövsüm ərzində ümumi qazancı 148,4 milyon avro olub. Bu isə UEFA-nın pul mükafatları tarixində rekord göstəricidir.
Qeyd edək ki, PSJ ötən gün finalda "İnter"ə 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.