patriotnews.az
http://patriotnews.az

ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

1-06-2025, 16:00 Baxılıb: 0

ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb.

Bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak olub, daha bir zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Şerif Robert Lunanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30