patriotnews.az
http://patriotnews.az

Gəncədə Şəhidlər Xiyabanı təmizləndi: MKTİB-dən genişmiqyaslı aksiyalar

2-06-2025, 11:59 Baxılıb: 58

 

Patriot News.az xəbər verir ki, Gəncənin Şəhidlər Xiyabanı Kompleksində genişmiqyaslı təmizlik aksiyası həyata keçirilib.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən xiyabanda və 1 saylı şəhər qəbiristanlığının ərazisində məzarların ətrafı alaq otlarından təmizlənib, daş, torpaq və məişət qalıqları toplanaraq ərazidən daşınıb.

Məişət tullantıları üçün qoyulmuş konteynerlər boşaldılıb, ətrafında səliqə-sahman yaradılıb. İməcilik zamanı məzarlıq ərazisindəki ağac və gül kollarına aqrotexniki qulluq göstərilib və onların suvarılması təmin edilib.

Aksiyanın məqsədi təkcə ərazinin təmizlənməsi deyil, həm də şəhidlərin xatirəsinin uca tutulmasıdır. Təmizlik işlərinə çoxsaylı könüllülər və sakinlər də qatılıb ki, bu da tədbirin daha geniş miqyasda həyata keçirilməsinə səbəb olub. Ərazidə xüsusi texnikalar və müasir avadanlıqlardan istifadə edilib.

Gələcəkdə bu cür tədbirlərin mütəmadi keçirilməsi planlaşdırılır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30