patriotnews.az
http://patriotnews.az

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində də bir sıra aksiyalar həyata keçirilir

23-11-2024, 16:47 Baxılıb: 2

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində  təmir-bərpa, təmizlik və digər işlər davam edir.  Bununla yanaşı, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində də bir sıra aksiyalar həyata keçirilir.

Belə aksiyalardan biri də Gəncənin yaşıllıq zolaqlarının artırılması və ağacların əkilməsidir. MKTİB-nin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində becərilən müxtəlif cins ağac tingləri Bakı-Qazax avtomaqistralının Gəncə şəhər ərazisindən keçən hissəsinin sağ və sol tərəflərinə, "İmamzadə" ziyarətgah kompleksi yolunda, "MİDA" yaşayış kompleksinin qarşısında və digər ərazilərdə əkilib.  Əkilən fidanlara aqrotexniki qulluq göstərilib, yeni və mövcud yaşıllıqların suvarılması təmin edilib.

Bununla yanaşı, Gəncəçayda növbəti iməcilik aksiyası keçirilib. Çayın məcrası və körpülərin ətrafı şəhər sakinləri tərəfindən atılan, həmçinin sel sularının gətirdiyi məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otlarından təmizlənib. Tullantılar  bir yerə yığılaraq ərazidən daşınması təmin edilib. Çayqırağı ərazilərdə mövcud zibil qutularının ətrafında səliqə-səhman yaradılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30