patriotnews.az
http://patriotnews.az

Sakinlər tərəfindən çirkəndirilən ərazi MKTİB tərəfindən təmizlənib

22-11-2024, 16:13 Baxılıb: 25

 

Sakinlər tərəfindən çirkəndirilən ərazi MKTİB tərəfindən təmizlənib

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisində növbəti təmizlik aksiyası keçirilib. Bu dəfə təmizlik işləri Gəncə İdman Sarayının ətrafında aparılıb. Qurumun canlı qüvvəsi və texnikası vasitəsilə adıçəkilən ərazi məişət tullantılarından və xəzəldən təmizlənib. Məişət tullantıları üçün qoyulan konteynerlərin ətrafı da, həmçinin, məişət və digər tullantılardan təmizlənib, yığılan qalıqların ərazidən daşınması təmin edilib. MKTİB bir daha yerli sakinlərdən xahiş edir ki, məişət və digər tullantıları təyin olunan yerlərə atsınlar. @Patriot News. az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30