patriotnews.az
http://patriotnews.az

Gəncənin daha bir qəsəbəsində təmizlik işləri görülüb

21-01-2025, 13:30 Baxılıb: 37

 

Patriot News . az xəbər verir ki , Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə şəhərin Sadıllı qəsəbəsində yerləşən Mir İbrahim Həmzəyev, Mobil Əhmədov, Ömər Faiq, Xəqani və ərazidə yerləşən N saylı hərbi hospitalın ətrafında təmizlik işləri həyata keçirilib.  Aksiya zamanı adıçəkilən ərazilər mövcud olan kol-kosdan, alaq otlarından və məişət tullantılarından təmizlənib.

Zibil konteynerlərinin ətrafında səliqə-sahman yaradılıb. Toplanan tullantıların daşınması təmin edilib. Sadıllı qəsəbəsindən keçən su arxında daşma təhülkəsini önləmək məqsədilə suyun axınına mane yaradan tullantılar da bir yerə yığılaraq ərazidən daşınıb. Qeyd edək ki, su arxının Samux rayonunun inzibati ərazisinə aid olan bəzi hissələri də MKTİB tərəfindən məişət tullantılarından təmizlənib. Təmizlik işlərinə MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları da cəlb olunub.         

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30