patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər MKTİB tərəfindən avtovağzal ətrafında təmizlik işləri görülüb

15-02-2025, 17:28 Baxılıb: 0

 

Patriot News.az xəbər verir ki , Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Ərazi Xidmət Sahələri tərəfindən şəhər ərazisində kompleks təmizlik işləri davam etdirilir. Bu dəfəki iməcilik aksiyası Gəncə Beynəlxalq Avtovağzalının ətraf ərazilərində və Məmmədtağı Cəfərov küçəsində həyata keçirilib. Adıçəkilən ərazilər qurumun xüsusi texnikaları və canlı qüvvəsi tərəfindən məişət tullantılarından, qurumuş alaq otlarından, eləcə də toz-torpaqdan təmizlənib. Toplanan zibil kütləsinin ərazidən daşınması təmin edilib. Ərazidəki zibil konteynerlərinin ətrafında səliqə-sahman yaradılıb. MKTİB tərəfindən aparılan iməcilik aksiyası Gəncə Beynəlxalq Avtovağzalına eləcə də əks istiqamətə hərəkət edən nəqliyyat vasitələrinin və piyadaların rahatlığının təmin edilməsi məqsədi daşıyır. Qeyd edək ki, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aparılan bu kimi işlər mütəmadi olaraq şəhərin müxtəlif, ərazilərində də həyata keçirilməkdədir.

 

  @ Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30