patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində iməcilik keçirilib

7-12-2024, 20:59 Baxılıb: 12


  Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Qurumun Ərazi Xidmət Sahələrənin əməkdaşlarının və texnikalarının cəlb olunduğu təmizlik işləri "Dəmiryolçular" və "Nəriman Nərimanov" parkında, Nəriman Nərimanov prospekti və onunla kəsişən küçələrdə, eləcə də Əttarlar küçəsində həyata keçirilib. Aksiya zamanı adıçəkilən ərazilər mövcud məişət tullantıları, toz-torpaq, yarpaq və s. qalıqlardan təmizlənib. Bundan başqa küçə və döngələrdə, yolkənarlarındakı alaq otları biçilib, mövcud zibil qutularının ətrafında səliqə-səhman yaradılıb. Yığılan tullantıların daşınması təmin edilib. Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təşkil edilən bu kimi təmizlik işləri mütəmadi olaraq həyata keçirilir.

 

  @Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30