Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib
Bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.