Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-mədəni dəyərlərinin inkişafını təmin etmək, vətənpərvərlik hissinin, həmçinin yüksək döyüş ruhunun formalaşmasına nail olmaqdır.