patriotnews.az
http://patriotnews.az

"YAŞAT" Fondunun "Hədiyyə Karvanı" davam edir

30-05-2025, 16:55 Baxılıb: 1

 

"YAŞAT" Fondunun təşkilatçılığı ilə beşinci dəfə "Hədiyyə Karvanı" layihəsi reallaşdırılır.

Patriot News.az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə reallaşdırılan sosial təşəbbüs "NEQSOL Holding"in, "Norm"un və "Bakcell"in tərəfdaşlığı ilə baş tutur.

Layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarının hər birinə hədiyyə qutusu yaşayış ünvanlarında bilavasitə çatdırılır.

Ümumilikdə ölkəmizin bütün regionlarından 1700-ə yaxın uşaq əhatə olunacaq.

Məqsəd onlara sevinc bəxş etmək və hərtərəfli inkişaflarını dəstəkləməkdir.

Xatırladaq ki, hədiyyə qutularının çatdırılması prosesi davam edir.

Layihənin dəstəkçiləri Abşeron Logistika Mərkəzi və "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası"dır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30