patriotnews.az
http://patriotnews.az

Gəncədə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

30-05-2025, 16:59 Baxılıb: 0

 

30 may 2025-ci il tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı" mövzusunda XVI Beynəlxalq elmi konfrans keçirilib. Konfrans Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin əvvəlində iştirakçılar Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Ümummilli Liderin siyasi fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Konfransın açılış mərasimində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və millət vəkili Vüqar Rəhimzadə çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin Gəncə şəhərinin inkişafına, elm, təhsil, mədəniyyət və gənclər siyasətinə verdiyi dəyərli töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən birini təşkil edir.

 

Konfransda müxtəlif elm sahələrinin alimləri, tədqiqatçılar və tələbələr Heydər Əliyevin irsinin tədqiqinə, müasir Azərbaycanşünaslığın aktual məsələlərinə və ölkənin yeni dövrdə inkişaf perspektivlərinə dair məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, bu cür beynəlxalq elmi tədbirlər Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30