patriotnews.az
http://patriotnews.az

Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir

14-05-2025, 09:03 Baxılıb: 1

Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı  Qadınlarına Sosial Yardım İctimai Birliyidir

Azərbaycan  Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı  Qadınlarına Sosial Yardım İctimai Birliyidir.  “Şəhid anaları ilə iş” adlı layihənin icrası 01-05- 2025- cü il tarixindən başlyır və 31 iyul 2025-ci il tarixində bitir.  Layihə rəhbəri Radə Abbas,  mühasibi Jalə Quliyevadır. Layihənin büdcəsi 11000 AZN dir. Layihə 3 ay ərzində 01 may 2025-ci il tarixindən 31  iyul 2025-ci il tarixində qədər davam edəcək..
Layihənin ideyası Azərbaycan gənçliyinin vətənpərvər ruhda tərbiyə edilməsinə xidmət olaraq vətən torpaqları uğrunda şəhid olmuş soydaşlarımızın  adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmaqla tanıdılması məqədi ilə şəhidlərin bizə əmanəti olan analarının həyat yoldaşlarının və övladlarının yanında olmaq çox əhəmiyyətlidir. 
 Soydaşlarımızın həyatının və döyüş yolunun gələcək nəsillərə nümunə olaraqnail olunacaq. Bu ideya əsasən   mübarizliyin,  vətənsevərliyin övladlarımıza,  onların da vətənpərvər ruhda böyüməsində   böyük təsir gücünə malikdir. Ot kökü üstə bitər deyib babalarımız.
Layihənin icrası ərəfəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələri ilə görüşərək şəhidlərin anım və doğum günlərinin keçirilməsi
Çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin  foto video materiallarının  hazırlanaraq sosial şəbəkələrdə yayılması.  Şəhid qadınlar haqda geniş təbliğat , tanıtım işlərinin aparılması
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə nümayəndəliyi ilə əməkdaşlıq edilməsi.
“Şəhid ailələri ilə iş” adlı layihənin hədəf qrupuna daxil edilən insanlar Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyinin qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan övladlarının  ailə üzvləridi .  
1992-ci ildən bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın unudulmaması üçün müxtəlif səpkili tədbirlər keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.  Dövlətimiz və hökumətimiz adından şəhid ailələrinin qayğı ilə əhatə edilməsinə olan ehtiyacın qismən ödənilməsinə çalışacağıq.
 Qarabağın işğaldan azad edilmiş ərazilərində yeni məskunlaşmış insanlarımızın və ayrıca şəhid ailələrimizin diqqətdə saxlabnması layihənin əsas prinsipidir.
Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031