Lokal xarakterli Antiterror hadisələrində qalibiyyət tarixi yazaraq şəhadətə ucalan şəhid Oleg Cəfərovun qızı Aişənin 2 yaşının tamam olması münasibəti ilə "Olimpik star" idman kompleksinin Uşaq Əyləncə Mərkəzinin hədiyyəsi olaraq “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin və “XeberTıme.az” İnformasiya Portalının təşkilatçılığı böyük dəstəyi ilə tədbir keçirildi.
Təbirdə şəhid ailələri və şəhid övladları, qazilər, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin üzvləri, ziyalılar, media nümayəndələri, müəssə rəhbərləri, bir sıra ictimayyət nümayəndələri iştirak edəcəklər təşkilatçıların dəvəti ilə iştirak etdilər.
Tədbirdə 1992-ci ildə şəhid olmuş Məmmədov Famil qardaşımızın qızı Dilbər xanım Məmmədovada iştirak edərək doğum günü olan Ailə balamıza qiymətli hədiyyə bağışladı. Əlavə olaraq təşkilatımızın üzvü Şəhla xanım Hüseynova və digər iştirakçılar, hətta şəhid övladları şəhidimizin övladı Aişə balamıza hədiyyələr verdilər.
Tədbirin təşkilində DELUXE CARGO MMC Beynəlxalq yükdaşıma şirkətinin həmsədrləri Kəmalə xanım və Nicat bəy tədbirdə iştirak edən bütün şəhid övladlarına hədiyyə bağışladılar Şəhid övladları üçün ayrıca masa bəzəyərək onlar üçün gözəl bir gün keçirilməsini təşkil etdilər. Ayrıca şəhidimizin övladı, doğum günü olan Cəfərova Aişə üçündə qiymətli hədiyyə verdilər.
Süfrənin bəzədilməsində “Sufle” Cake Hauz Şirkəti doğum günü tortu, Sumqayıt şəhər “Ruqəyya şirniyyat” evi bütün tədbiri təmin edəcək qədər müxtəlif gözəl şirniyyatlar yollamışdılar. Şirniyyatların təşkil edilməsi “XeberTıme.az” İnformasiya Portalının rəhbəri Yeganə xanım Telmanqızına məxsusdur.
Böyük Frat Restopanlar şəbəkəsinin rəhbəri Hüseyin Böyükfrat tədbirimizin iştirakçılarına tamailə təmin edəcək qədər dönər yollayaraq dəstək verdi
Tədbir rəsmi və bədii hissədən ibarət olaraq yüksək səviyyədə həyata keçirildi
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəfərov Oleg Qılıç oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib. Şəhadətindən 4 ay sonra Aişə adlı qızı dünyaya gəlib. Aişəni doğum günündə digər şəhid övladları tək qoymayırlar.
Tədbirin təşkil edilməsinə ev sahibliyi edən OLUMPİK STAR KOMPLEKSİ yüksək səviyyədə xidməti, musiqi nömrələrinin təşkilini həyata keçirdi.
“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas və “XeberTıme.az” İnformasiya Portalının rəhbəri Yeganə Telmanqızı, eləcədə bütün insanlarımız adından şəhid Cəfərov Oleqın yeganə varisi Cəfərova Aişənin doğum gününün təşkilində köməklik edən hər kəsə təşəkkür edirik.
Tanrı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, türk dünyasının birliyi və tərəqqisi uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunu şad məkanını cənnət eyuləsin.
Radə Abbas
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.