patriotnews.az
http://patriotnews.az

2025-ci ildə icra olunacaq layihənin müqaviləsi bağlandı.

23-04-2025, 14:56 Baxılıb: 1

2025-ci ildə icra olunacaq layihənin müqaviləsi bağlandı.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi, 2025-ci ildə icra ediləcək Qrand müsabiqəsində, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimaİ Birliyi qaliblərdən biridir. Orta Qrand müsabiqəsi şərtləri ilə qalib olmuş “Şəhid anaları ilə iş” adlı layihənin icrası 01 may 20205-ci il tarixindən başlayacaq və 31 iyul 2025-ci il tarixdə sona çatacaq.  Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Lənkaran, Göygöl, Füzuli, Xopcalı və digər rayonlarımızda şəhid anaları. qazilər, müharibə veteranları, şəhid qadınlarla bağlı çoxsaylı görüşlər və tədbirlər keçiriləcək. Müxtəlif hərbi hissələrdə  əsgərlərlə şəhid, döyüşçülərin görüşləri keçirilməklə bərabər əsgərlərimizin, nümunəvi əsgər olmalarına  həvəsləndirilməsi üçün müxtəlif düşüncələrimiz var. Hərbi hissələrdə konsert proqramları da həyata keçiriləcək.
18 aprel 2025 ci il tarixində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə  Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi arasında “Şəhid anaları ilə iş” adlı layihə ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləninn şərtləri və üzərimizə götürdüyümüz öhdəliklər yüksək keyfiyyətlə icra ediləcəyinə zəmanət veirik.
 Layihənin mühasibi Quliyeva Jalə Niyazi qızıdır.
 Layihə rəhbəri 
Müharibə Veteranı Qadınlarına Sosial Yardım 
İctimaİ Birliyinin sədri Radə Abbas






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031