patriotnews.az
http://patriotnews.az

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Dünən, 18:59 Baxılıb: 0

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

İstanbul Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün ideal seçimdir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib.

"Biz nizamlanma işində irəliləyiş görməyə başladıq. Bütün aspektləri nəzərə alaraq, tərəflərin oturub razılaşması üçün bir yer lazımdır. Əslində, Türkiyə bunun üçün ideal seçimdir. Bildiyiniz kimi, Rusiya tərəfi Moskvaya səfərimdən dərhal sonra bunu (iyunun 2-də İstanbulda danışıqların aparılması təşəbbüsü) bəyan etdi. Bu, indiki məqamda mühüm hadisədir", - Fidan qeyd edib.

Onun sözlərinə görə, Ukrayna hökuməti, xüsusilə də Prezident Volodimir Zelenski ilə görüşləri planlaşdırılıb. Bu görüşlərdə Türkiyənin mövqeyi və bütün tərəflərin vəziyyətə baxışı, həmçinin atəşkəsin vacibliyi müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031