patriotnews.az
http://patriotnews.az

Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir

Dünən, 15:15 Baxılıb: 1

Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobidə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının İkinci Sessiyasının davamında iştirak edir.

Bu barədə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, 29-30 may tarixlərində keçirilən Sessiyada “UN-Habitat”ın 2026-2029-cu illər üzrə Strateji Planı ilə yanaşı, rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur. Tədbir zamanı həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoqun və “UN-Habitat” Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində Komitə sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev bir sıra rəsmi görüşlərdə iştirak edir. 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə “UN-Habitat”ın İcraçı Direktoru, eləcə də bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilir.

Həmçinin Forumda Azərbaycan stendi də yer alır. Stenddə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair nəzərdə tutulan planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə çatdırılır.

Qeyd edək ki, dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ali qərarverici orqan olan UN-Habitat Assambleyası BMT-yə üzv dövlətləri və əsas tərəfdaşları bir araya gətirərək şəhərsalma problemlərinin müzakirəsini, habelə bu sahədə qlobal siyasətin formalaşdırılmasını və 11-ci Dayanıqlı İnkişaf Məqsədi – şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etmək istiqamətində təşəbbüslərin həyata keçirilməsini təmin edir. Assambleyanın İkinci Sessiyasının ilk hissəsi 2023-cü ilin iyun ayında keçirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031