Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək
Səfərin məqsədi xaricdə yaşayan azərbaycanlılarla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsidir.
Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı, Türk Şəhidliyi abidəsini ziyarət edəcək. Nümayəndə heyəti Bakıda yerləşən ibadətgahların da fəaliyyəti ilə tanış olacaq.
Bundan başqa, Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfəri də planlaşdırılır. Nümayəndə heyətinin üzvləri Ağdam rayonunda yerləşən Cümə məscidi və Ağdam İmarət Kompleksini, Şuşanın Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Mamayı məscidlərini və digər tarixi abidələri ziyarət edəcəklər.
30-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər iyunun 2-dək davam edəcək.