patriotnews.az
http://patriotnews.az

Almaniyada 100-dən çox aviareys ləğv EDİLDİ

5-01-2025, 18:00 Baxılıb: 30

Almaniyada 100-dən çox aviareys ləğv EDİLDİ

Almaniyada əlverişsiz hava şəraitiylə əlaqədar 100-dən çox aviareys ləğv edilib.

Bu gün Almaniyada şaxta olub, ölkənin bir çox bölgələrinə qar yağıb.

Yolların buz bağlaması səbəbindən onlarla qəza baş verib. Əlverişsiz hava şəraiti bir çox aeroportların, xüsusən Frankfurt aeroportunun işinə mənfi təsir göstərib. Bu gün Frankfurt aeroportunda planlaşdırılan 1090 aviareysdən 120-i ləğv olunub. Aeroportda eniş-uçuş zolaqlarının təmizlənməsinə ehtiyac yaranıb, görüş məsafəsi azalıb. Bütün bunlar da aeroportun imkanlarını məhdudlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930