patriotnews.az
http://patriotnews.az

Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrə başlanılması təklif edilib

Bu gün, 12:36 Baxılıb: 0

Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrə başlanılması təklif edilib

Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələrin başlaması və mərhələli şəkildə genişləndirilməsi təklif edilib.

Bu təkliflə deputat Müşfiq Cəfərli Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatın parlamentdə müzakirəsi zamanı çıxış edib.

O qeyd edib ki, Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunmalıdır:

“Yəni, yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin. Bununla bərabər irəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilməsini təklif edirəm, yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun”.

M.Cəfərli əlavə edib ki, Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır.

Deputat hesab edir ki, hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil:

“Burada dövlət idarəçiliyində, büdcə siyasətində nələrin düzgün, nələrin isə təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərən mühüm siqnallar var.
Xüsusilə diqqət yetirdiyim məsələ – bəzi hallarda büdcə vəsaitlərinin səmərəli xərclənməməsidir. Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930