KİV: ABŞ-də qanunsuz miqrantların deportasiyası üçün milli qvardiya əsgərlərindən yardım istənilib
Bu barədə “Hill” nəşri məlumat yayıb.
“Daxili Təhlükəsizlik Nazirliyi prezident Donald Trampın miqrasiya sahəsindəki siyasətinin irəliləməsinə kömək etmək üçün 20 min milli qvardiya əsgərinin yardımını istəyib”, – məlumatda deyilir.
Nəşrin yazdığına görə, milli qvardiya cinayətkar qanunsuz miqrantların həbs edilməsi və deportasiyasına kömək etməlidir.