patriotnews.az
http://patriotnews.az

Milli Məclisdə həkimlərin sertifikasiyası ilə bağlı təklif

Bu gün, 14:11 Baxılıb: 0

Milli Məclisdə həkimlərin sertifikasiyası ilə bağlı təklif

”Həkimlərin sertifikasiya imtahanından kəsilməsindən sonra birbaşa işdən çıxarılması doğru deyil”.

Bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə keçirilən Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında”  qanunlarına dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib. 

“Onları yenidən imtahana cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, 2-ci, 3-cü, 4-cü dəfə imtahan versinlər. Lakin imtahandan kəsilən kimi işdən uzaqlaşdırılması məsələsinə yenidən baxılmalı və qərarlar verilməlidir”. – deyə R. Mahmudov qeyd edib. 

“Həkimləri sıxışdırdıqca bir şey əldə etməyəcəyik”, – deyə o sonda qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031