Qardaşlıq və Təcrübə Mübadiləsi: Türkiyəli Nümayəndələr Azərbaycanda
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində Azərbaycana səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti mayın 15-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.
Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Patriot News.az xəbər verir ki, nazir Fərid Qayıbov qonaqların Azərbaycandakı idman qurumlarına səfərlərini yüksək qiymətləndirərək, bu cür təcrübə mübadilələrinin bilik və bacarıqların paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Nümayəndə heyətinin üzvləri görüş zamanı səfər çərçivəsində əldə etdikləri təəssüratları bölüşüb, Azərbaycanın idman infrastrukturu və təşkilati yanaşmasından məmnunluqlarını ifadə ediblər.
Bu səfər Azərbaycan-Türkiyə münasibətlərində gənclər siyasəti və idman sahəsində yeni əməkdaşlıq imkanlarının açılmasına təkan verir.
@Patriot News.az