patriotnews.az
http://patriotnews.az

Goranboyda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bu gün, 14:06 Baxılıb: 60

 

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Veyisli qəsəbəsində yerləşən mağazadan oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Patriot News.az verilən məlumata görə, saxlanılan şəxs əvvəllər məhkum olunmuş, 29 yaşlı Elxan Hacıyevdir.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Elxan Hacıyev mağazaya daxil olaraq oradan 2500 manat məbləğində pul oğurlayıb və həmçinin obyekt daxilindəki ödəmə terminalını talamağa cəhd göstərib. Faktla bağlı araşdırmalar davam etdirilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031