patriotnews.az
http://patriotnews.az

Azərbaycanda bu il yük daşımaları 3 % artıb

Bu gün, 13:21 Baxılıb: 0

Azərbaycanda bu il yük daşımaları 3 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon ton və ya 3 % çoxdur.

Hesabat dövründə nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 milyon sərnişin və ya 5,7 % çoxdur.

Bu ilin 4 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4 % təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031