patriotnews.az
http://patriotnews.az

Traktor sürənlərin nəzərinə: Bu yollara çıxmayın!

Bu gün, 12:44 Baxılıb: 2

Traktor sürənlərin nəzərinə: Bu yollara çıxmayın!

Baş Dövlət Yol Polisi kənd təsərrüfatı texnikaların sürücülərinə müraciət edib.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Buldirilib ki, son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə də 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda idarə edilməsi hallarına tez-tez rast gəlinir. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan yollar yalnız müəyyən texniki göstəricilərə malik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub.

"Konstruktiv xüsusiyyətlərinə görə saatda 50 kilometrdən az sürət yığa bilən, aqrar təyinatlı nəqliyyat vasitələrinin belə yollar üzrə hərəkəti qanunvericiliklə qadağandır.

Bu cür halların yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını nəzərə alaraq, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkət etməsi və ya xüsusi nəqliyyat vasitələri ilə daşınması tövsiyə olunur".

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə, texniki göstəricilərinə görə avtomagistrallarda hərəkəti qadağan olunmuş nəqliyyat vasitələrini bu yollarla idarə etməməyə çağırır. Aşkarlanacaq hüquq pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031