patriotnews.az
http://patriotnews.az

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb

Dünən, 19:30 Baxılıb: 0

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031