Gəncə komandası “Qərb kuboku”nun qalibi oldu
Gəncə İdman Liseyində uşu üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq “Qərb kuboku” yarışı keçirilib. Yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Uşu Federasiyasının Qərb filialının birgə təşkilatçılığı ilə baş tutub. Turnir 3 qat dünya və 15 qat Azərbaycan çempionu Elnur İlqar oğlu Alıyevin xatirəsinə həsr olunub.
Yarışda 250-yə yaxın idmançı, 30 komanda və 60 çəki dərəcəsində iştirak edib. Gəncə komandası 15 idmançı ilə təmsil olunaraq komanda hesabında birinci yeri qazanıb. Bakı ikinci, Göyçay isə üçüncü olub. Qaliblərə diplom, medal və kuboklar təqdim olunub.
@Patriot News.az