patriotnews.az
http://patriotnews.az

Ceyhun Fərəcovun rəhbərliyi ilə Səbiskar qəbiristanlığına yeni nəfəs gəlir

Bu gün, 09:50 Baxılıb: 101

 

Gəncə şəhərinin ən qədim və tarixi məkanlarından biri olan Səbiskar qəbiristanlığında genişmiqyaslı abadlıq və infrastruktur işləri həyata keçirilir. Hazırda ərazidə kanalizasiya və drenaj sisteminin qurulması işləri aparılır. Bu yenilik nəticəsində illərdir yağıntılı havalarda yaranan gölməçələrin qarşısı alınacaq.

Altı əsrə yaxın tarixi olan bu qəbiristanlıqda ilk dəfə bu qədər əhatəli və sistemli abadlaşdırma işləri görülür. Layihənin icrasında qəbiristanlığın rəhbəri Ceyhun Fərəcovun xüsusi rolu var. Onun təşəbbüsü və rəhbərliyi ilə həm dövlət qurumları, həm də xeyirxah şəxslər bu işlərə cəlb olunub. Ceyhun müəllimin əsas məqsədi, Səbiskarı təkcə bir məzarlıq kimi deyil, həm də tarixi-mədəni irs nümunəsi kimi qorumaq və gələcək nəsillərə layiq şəkildə çatdırmaqdır.

Artıq ərazidə tamet daşları döşənib, gediş-gəliş yolları səliqəyə salınıb. Yaxın günlərdə ziyarətçilər üçün oturacaqlar quraşdırılacaq, işıqlandırma sistemi yaradılacaq. Bununla yanaşı, məzar ətraflarının təmizlənməsi, yaşıllaşdırma və yeni ağacların əkilməsi də planlaşdırılıb.

7 hektar sahəni əhatə edən Səbiskar qəbiristanlığı yalnız Gəncə sakinləri üçün deyil, ölkənin müxtəlif bölgələrindən və xaricdən gələn ziyarətçilər üçün də önəmli bir məkandır. Burada Azərbaycanın bir çox görkəmli ziyalıları, elm və sənət adamları dəfn olunub. Görülən işlər nəticəsində bu tarixi məkanın mühafizəsi gücləndiriləcək, ziyarətçilər üçün isə daha rahat və səliqəli şərait yaradılacaq.


Müəllif: Ceyhun Əliyev

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031