Papa XIV Lev ilk xütbəsində Ukrayna və Yaxın Şərqdə sülhə çağırıb
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Papa 80 il əvvəl İkinci Dünya müharibəsinin başa çatdığını xatırladıb, Rusiya ilə Ukrayna, Yaxın Şərqdə və Hindistanla Pakistan arasında münaqişələrin həllinə çağırıb.
"İkinci Dünya müharibəsi 60 milyon insanın həyatına son qoydu. Hazırkı dramatik ssenaridə, Papa Fransiskin dediyi kimi, mən dünya liderlərinə səslənirəm: daha müharibə olmasın", - pontifik bildirib.